Dünya

Məscidə Məhəmməd peyğəmbərin adı verildi

23 Avqust 2019 21:40
2 Şərh     Baxış: 1 250

Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov məscidin açılış mərasimində dini ocağa Məhəmməd Peyğəmbərin adının veriləcəyini bildirib.

Milli.Az Axar.az-a istinadən bildirir ki, tədbirdə müsəlman ölkələrindən olan qonaqlar, RF Prezidentinin Şimali Qafqaz Federal Dairəsində səlahiyyətli nümayəndəsi Aleksandr Matovnikov, Şimali Qafqaz məsələləri üzrə nazir Sergey Çebotaryov iştirak ediblər. Mərasim iştirakçılarının arasında, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də olub.

Rusiya Prezidenti Vladimir Putin mərasimə toplaşanlara təbrik teleqramı göndərib.

Məsciddə eyni vaxtda 30 min insan ibadət edə biləcək. Məscidin ətrafındakı 5,3 hektar ərazi də nəzərə alınarsa, burada eyni vaxtda 100 min mömin ibadət edə bilər. Tikilinin içərisi və xarici ağ yunan mərməri ilə bəzədilib.

Milli.Az 

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Cavid · 23 Avqust 21:5320

    Xeyirli olsun

    Cavab yaz
  • Anonim
    Elxan · 23 Avqust 22:2000

    Insanların işləməsi üçün,rifahı üçün ilk növbədə onları iş yerləri ilə təmin etmək,fabrik və zavodlar,istehsal müəssisələri tikib istifadəyə vermək lazımdır.Rahat yaşayış mühiti yaratmaq,güzəştli şərtlərlə evlər,mənzillər tikmək vacibdir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.