Dünya

Dünyanın ən böyük silah alverçisi ələ keçdi

16 Avqust 2019 09:19
0 Şərh     Baxış: 2 697
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən böyük silah alverçisi sayılan belçikalı Jak Mesye saxlanılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, o, uzun müddətdir ki, beynəlxalq axtarışda olub.

"Marşal" və ya "Lis" ləqəbi ilə tanınan J.Mesyenin son 30 ildə dünyanın demək olar ki, bütün münaqişə ocaqlarını silahla təmin etməsi bildirilir. Sonuncu dəfə o, Liviya, Çad, Pakistan və İrana silah satmaqda ittiham olunaraq axtarışa verilib.

Silah maqnatı Fransadakı villasından atların Portuqaliyaya daşınması zamanı yerli, Fransa və Belçika polisinin birgə əməliyyatı nəticəsində saxlanılıb. Hazırda Belçika hökuməti onun ektradisiyasını planlaşdırır.

Trend-in məlumatına görə, öncə 66 yaşlı "Marşal"ın yaxın zamanda Portuqaliyada məhkəmə qarşısına çıxacağı bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.