Rusiya

Duma onu yenidən Baş nazir postuna təsdiqlədi

10 May 2024 17:53
Baxış: 494
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Dövlət Duması bu gün keçirilən plenar iclasda Mixail Mişustinin ölkənin Baş naziri olaraq təsdiqlənməsinə səs verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, səsvermədə iştirak edən 432 deputatdan 375-i Mişustinin lehinə səs verib. 57 deputat bitərəf qalıb. Əleyhinə səs verən olmayıb.

Məlumata görə, Mişustinin bu vəzifəyə təyin edilməsi ilə bağlı müvafiq qərar  imzalanması üçün Rusiya Prezidenti Vladimir Putinə göndəriləcək.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Mixail Mişustinin ölkənin Baş naziri postuna namizədliyini Dövlət Dumasına təqdim etmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.