Dünya

Ərdoğanı bu tarixdə ABŞ-da gözləyirlər

10 May 2024 19:24
Baxış: 693
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 12-13-də keçiriləcək NATO sammiti ilə əlaqədar ABŞ-a səfər edə bilər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Con Bass Vaşinqtonda keçirilən 39-cu Amerika-Türkiyə Şurasının iclasında çıxışı zamanı deyib.

"Biz iyulda keçiriləcək NATO sammitində prezident Ərdoğanı qəbul etməyi səbirsizliklə gözləyirik. Türkiyə Ukrayna münaqişəsi kontekstində mühüm və müsbət rol oynayıb", - "Yeni Akit" qəzeti Bassın sözlərindən sitat gətirib.

Diplomat həmçinin qeyd edib ki, Ankara bir çox regional böhranların həllində mühüm işlər görüb. Ərdoğanın ABŞ-a səfəri ilkin olaraq mayın əvvəlinə planlaşdırılmışdı, amma təxirə salındı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.