Siyasət

Prezident şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb

10 May 2024 18:16
Baxış: 467

Mayın 10-da Prezident İlham Əliyev Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin açarlarının təqdim edilməsi mərasimində şəhərdəki tarixi abidələrin bərpasından danışıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı bu gün Şirinsu hamamının əsaslı təmirdən sonra açıldığını bildirib. Həmçinin Aşağı Gövhər Ağa məscidində təmir-bərpa işlərinin yekunlaşmaq üzrə olduğunu deyən Prezident qeyd edib: "Üzeyir Hacıbəylinin vəhşi düşmən tərəfindən dağıdılmış abidəsi yenidən öz yerinə qoyuldu. Ermənilər tərəfindən dağıdılmış Vaqifin büstü yenə də əvvəlki görkəmdə, formada bərpa edildi, yenidən hazırlandı. Üzeyir Hacıbəylinin ermənilər tərəfindən dağıdılmış evi yenidən qurulur, bu il hazır olacaq".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.