Avropa: istilərdən sonra tufan və leysan
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Boğanaq istilərdən sonra bir sıra Avropa ölkələrinə Atlantik hava axını gəlib. Azı 3 nəfər italiyalı pis hava şəraitinin qurbanı olub. Ölkənin şimal və mərkəzi hissələrində dolu və güclü küləklə müşayiət olunan leysan yağışları yağıb. Çoxlu yağıntılar səbəbindən bir sıra çaylar məcrasından çıxıb. Foçene yaşayış məntəqəsində tornado evlərə və digər tikililərə zərər vurub.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İspaniyanın muxtar regionu olan Kataloniyanın paytaxtı Barselonanın küçələri aşıb-daşan çaylara çevrilib. Meteoroloqların məlumatına görə, bu əraziyə yarım saat ərzində 42 millimetr yağıntı düşüb. Barselonanın əsas küçələrindən biri olan Diaqonal prospektində su dizədək qalxıb. "İberia" aviaşirkətinin yerüstü heyətinin tətil etdiyi El-Prat beynəlxalq aeroportunda da yağış səbəbindən onlarla reys təxirə salınıb. Fırtına qısamüddətli, lakin güclü olub.
Yağışlar Polşanın cənubunda da daşqınlara səbəb olub. Burada yolları, körpüləri, tunelləri, parkinq yerlərini və binaların zirzəmilərini su basıb. Katovitsada pis hava şəraiti nəqliyyat yollarında ciddi pozuntuya gətirib çıxarıb. Hakimiyyət orqanları bəzi voyevodalıqların sakinlərini sel, fırtına, daşqın təhlükəsi barədə məlumatlandırıb, elektrik enerjisinin verilişində mümkün olan fasilələr barədə xəbərdar ediblər.
Avstriyanın Kirxberq kommunasında (Tirol federal əyaləti) yağışlar sel axınının əmələ gəlməsinə səbəb olub. Yolların təmizlənməsinə ağır texnika cəlb olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Məşq etmədən əzələ artırmaq mümkün olacaq - Yeni texnologiya
-
Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
-
Bağçaya kül səpin: Möcüzə yaradır
-
Xərçəng xəstələrinin sayı 67% artacaq
-
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib
-
Zərdabda ağır qəzada 5 nəfər yanaraq ölüb - (Foto)
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
-
"Miss Avstriya"nın qalibi 22 yaşında vəfat etdi - (Foto)
-
Şəkidə faciəvi şəkildə ölən Ucal bu agentliyin əməkdaşı imiş
-
Sabah bir neçə rayonda işıq olmayacaq
-
"Tasnim": ABŞ İranın neft tankerinə raket hücumu edib
-
Günün qoroskopu: Sağlamlığınıza xüsusi diqqət yetirin
-
2027-ci illə bağlı Vanqanın proqnozu
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
-
Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - (Video)
-
Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
-
Xətai qaranlığa qərq oldu
-
24 yaşlı məşhur fud-bloger öldü
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
-
"Şəki Yaylası"nda faciəvi şəkildə ölən Coşqun və Ucalın (Fotosu)
-
"Şəki Yaylası" istirahət mərkəzində 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - Yenilənib - (Video)





