Venesuelanın paytaxtı Karakas və ölkənin daha 15 ştatı elektrik enerjisiz qalıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, Karakas metropoliteninin 5 xəttindən 3-ü fəaliyyətini dayandırıb.
Xatırladaq ki, mart ayında Venesuelada bir neçə dəfə kütləvi elektrik enerjisinin kəsilməsi baş verib. Venesuela tərəfi baş verənlərdə ABŞ-ı ittiham etsədə, ABŞ Dövlət Departamenti bu ittihamları rədd edib.
Milli.Az