Dünya

Yerevan məhkəməsi keçmiş prezidentin qudasını həbs etdi

12 İyul 2019 21:41
0 Şərh     Baxış: 701

Yerevan məhkəməsi Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın qudası Ara Minasyanı qiyabi həbs edib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, Minasyan iqtisadi cinayətlərdə ittiham olunur.

Ara Minasyan 2018-ci il iyulunun sonunadək Yerevan şəhərindəki Müqəddəs Maarifləndirici Qriqori Tibb Mərkəzinə rəhbərlik edib.

"İyulun 12-i istintaq orqanı Minasyanın həbsinə dair məhkəməyə müraciət edib. Müraciət təmin edilib. Minasyanın istintaqdan gizləndiyini və onun hazırkı yerinin naməlum olduğunu nəzərə alaraq o, axtarışa verilib", - ölkənin İstintaq Komitəsi bildirib.

Qeyd olunur ki, Minasyan səkkiz ilədək azadlıqdan məhrum edilə bilər.

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.