Dünya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qəzzafinin striptizçi gəlinindən şok açıqlamalar: "Hələ nə bilirsiniz ki..."
27 Oktyabr 2011 11:03
0 Şərh
Baxış: 1 719
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
O, Liviya Cəmahiriyyəsinin mərhum liderinin ailəsindən və həyatından bəhs edib.
Milli.Az xəbər portalı "Moskovski komsomolets"ə istinadən bildirir ki, Ukraynanın Krım vilayətində doğulmuş Nadejda Qəzzafi qəzetə aylar əvvəl müsahibə versə də, onun açıqlamaları yalnız indi dərc olunub.
Nadejdanın dediyinə görə, Seyf əl İslam Qəzzafi ilə 2005-ci ilin iyulun 1-də Moskvada tanış olub. Həmin vaxtlara qədər "Rasputin" gecə klubunda striptizçilik edən Nadejda sonralar rusiyalı iş adamı Arkadi Novikova məxsus kafelərdən birində piar-direktor işləyib.
"Kiminlə tanış olduğunu bilirsənmi?!"
"Əvvəcə Aliklə tanış olmuşdum. Otelə yollandıq və gecə səhərədək onunla oldum. Sonra mənə kirayə mənzil tutdu, butun xərclərimi ödəməyə başladı. Üstəlik, "xırda xərclər" üçün hər gün 500 dollar verirdi. Həmin pulları yığdım, Moskvada birotaqlı mənzil aldım. Lakin sonra Alik yoxa çıxdı. Tanışlarımızın dediklərinə görə, Afrikaya yollanmışdı. Aliklə birlikdə olduğum vaxtlarda çox nüfuzlu insanlarla tanış olmuşdum. Onların arasında Seyf də vardı. Liviya liderinin oğlu Moskvaya Kseniya Sobçakla Şusteroviçin toyuna gəlmişdi. Ayaqüstü tanışlıqdan sonra ona telefon nömrəmi verdim. Həmin vaxt ərdəydim və Seyflə aradabir danışırdıq. Günlərin birində dedi ki, hər şeyi atıb Vyanaya, yanına yollanım. Ərim isə qorxmuşdu. Mənə dedi: "Kiminlə tanış olduğunu bilirsənmi?! O, Liviya lideri Qəzzafinin oğludur!"
Daha sonra Seyf dedi ki, Liviyaya yollanır və məni də aparmaq, ailəsi ilə tanış etmək istəyir. Təyyarəyə minəndə gördüm ki, onu kim görürdüsə, qarşısında diz çökürdü, ayaqqabılarını öpmək istəyirdi. Təyyarədən ayrı-ayrı düşdük. İki kişi başıma çarşab saldı, maşına mindirdi. Çox dəbdəbəli, üçmərtəbəli malikanəyə yollandıq. Evin həyətində aslanlar dolaşırdı. Seyfin qohumları daima yanımda idi. Bu qohum kişilər sutkaboyu bizim malikanədə yaşayır, Seyfin hesabına yeyib-içir, fahişələrlə əylənirdilər", - Nadejda deyib.
Onun sözlərinə görə, Qəzzafi ailəsini "pərişan etməmək" üçün Parisə yollanıb, orada cərrahiyyə əməliyyatı vasitəsilə bakirəliyini bərpa edib.
Bundan sonra Seyf əl Qəzzafinin xalası həkimin yanında Nadejdanın bakirəliyini yoxlayıb və "razı" qalandan sonra Seyfin bu qadınla evlənməsinə razılıq verib.
Nadejda da İslamı qəbul edib, müsəlman olub.
"Müəmmar Qəzzafi də rus qadınlarını sevirdi və bir neçə rus məşuqəsi vardı"
Seyf əl Qəzzafi Nadejda ilə evlənsə də, məşuqələrindən əl çəkməyib, həmin qadınları evinə gətirib.
"İki il əvvəl Seyf Ukraynada bir gözəllik müsabiqəsinin sponsoru oldu, qalib qızları da mən seçdim. Amma sonra o qızlardan bir neçəsi ərimin yatağına girdi.
Qaynatam Müəmmar Qəzzafi də rus qadınlarını sevirdi və bir neçə rus məşuqəsi vardı. Oğlundan fərqli olaraq, silikon sinəli sarışın qadınlardan xoşlanırdı", - Nadejda Qəzzafi deyib.
Belə həyatdan bezən Nadejda əri ilə dava edir və küsüb anasının yanına, Krıma yollanır.
"Jurnalistlərə müsahibə verəndə ayaqlarını ovxalamağımı sevirdi"
Seyf əl Qəzazfi ona zəng vurub, "Sənsiz yaşaya bilmirəm" deyib. Nadejda isə ərinin ona yox, seksə ehtiyacı olduğunu söyləyərək dəstəyi asıb.
Bir həftə sonra Qəzzafinin adamları Ukraynanın Donetsk şəhərində Nadejdanın qardaşının kiçik oğlunu oğurlayır, 5 gün saxlayandan sonra geri qaytarırlar.
"Seyf evindəki xidmətçiləri aşağılayır, təhqir edirdi. Məndən də ayaqlarını yumağı, masaj etməyimi istəyirdi. Bəzən masaj 4 saat çəkirdi. Xüsusilə də jurnalistlərə müsahibə verəndə ayaqlarını ovxalamağımı sevirdi.
Ad günümdə isə evə 20 ukraynalı fahişə gətirdi, gülərək "Həmvətənlərinlə bir yerdə olmaq istəmirsən?!" dedi. İş o yerə çatmışdı ki, ərimin dostları mənim yanımda o fahişələri yatağa yıxıb əylənirdilər. Bu rəzalətə dözmədim və Moskvaya qayıtdım", - Nadejda Qəzzafi deyib.
"Məni otağına apardı, orada da döyüb 12-ci mərtəbədən aşağı atdı"
Onun sözlərinə görə, Seyf əl İslam uşaq olanda atasına sui-qəsd zamanı başından yaralanmış və bu, onda epilepsiya yaratmışdı.
Ukraynalı qadının dediyinə görə, Seyf əl İslamla onun münasibətləri 2007-ci ildə bitib: "Sonra o, zəng vurub üzr istədi, Vyanaya çağırdı. Getdim, bir restoranda görüşdük. Seyf o restoranı bir gecəliyə kirayələmişdi. Restoranda da mübahisə etdik, dalaşdıq. Seyf məni otağına apardı, orada da döyüb 12-ci mərtəbədən aşağı atdı. 47 gün xəstəxananın reanimasiya bölməsində koma vəziyyətində qaldım. Həkimlər sağ qalacağıma ümid etmirdilər. Amma sağ qaldım. Seyf ilə 2008-ci ilin dekabrında görüşdük, ondan sonra ərimi görmədim. O ailənin çox sirləri var. Hələ nə bilirsiniz ki..."
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Rusiya Ukraynaya atəşkəs təklif etdi
-
Venesuelada zəlzələ qurbanlarının sayı 3 minə çatıb
-
Tramp: Xameneinin dəfnində hamını məhv edə bilərik, amma onda danışıq aparacaq heç kim qalmayacaq
-
Ermənistanda seçki mübahisəsinə son qoyuldu
-
Çin şirkəti "Louis Vuitton"a 1,5 milyon dollar təzminat ödəyəcək
-
Zelenski Putinə bu şəhərdə görüşməyi təklif etdi
XƏBƏR LENTİ
-
Çılpaq yatmağın faydaları
-
"Real"ın ulduzunun qəribə həyatı: Atası müsəlman, özü xristian, anası buddist... - FOTO
-
Xalq artisti özündən gözəl qızı ilə Fotolarını yaydı
-
Rusiya Ukraynaya atəşkəs təklif etdi
-
Xaricdən gətirilən bəzi avtomobillərin VİN kodu silinir - xəbərdarlıq - (Video)
-
Günün qoroskopu: Yeni insanlarla tanış olmaq karyeranızda müsbət irəliləyişlərə səbəb ola bilər
-
81 yaşlı Türkan Şorayın son halı (Foto)
-
Zəngilanda çayda boğulan şəxsin meyiti tapılıb - Yenilənib
-
Venesuelada zəlzələ qurbanlarının sayı 3 minə çatıb
-
74 yaşlı Bülənt Ərsoy estetik etdirdi - Xəstəxanadan (Foto)
-
Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi
-
Uşaqları ilə su anbarında batan şəxs şəhid övladı imiş
-
Səbinə Salmanovaya ağır itki
-
DÇ-2026: Mərakeş millisi 1/4 finala vəsiqə qazanıb
-
Kondisioneri neçə dərəcədə işlətmək daha düzgündür?
-
DÇ-2026: Fransanın oyunu təxirə salına bilər
-
Tramp: Xameneinin dəfnində hamını məhv edə bilərik, amma onda danışıq aparacaq heç kim qalmayacaq
-
İşlənmiş avtomobil alarkən ilk növbədə nələrə diqqət yetirmək lazımdır
-
İsti havada çimərliyə bu qidaları aparmaq olmaz
-
"Ən bahalı geyimim 500 manatdır" - İzzət Bağırov
-
Ələt-Astara avtomobil yolunun kənarında açıq ərazidə yanğın baş verib (Video)
-
"Arzum"un həyat yoldaşı Denis danışdı (Video)
-
İran Yaponiya ilə neft satışını müzakirə edir
-
Tovuzda siqaretə görə qətl - Öldürdüyü adamın yasında da iştirak edib