Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 2 mini keçib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin "Twitter" səhifəsində deyilir.
Məlumatda bildirilir: "Bazar ertəsi, 2019-cu il iyunun 3-ü üçün vəziyyət: ümumilikdə 2008 yoluxma halı, 1914 hal təsdiq edilib, 94-ü mümkün, 1346 nəfər ölüb və 539 nəfər sağalıb".
Daha əvvəl 1945 nəfərin yoluxduyu bildirilirdi.
Milli.Az