Dünya

İŞİD Şri-Lankanın şərqindəki partlayışları öz üzərinə götürdü

28 Aprel 2019 09:14
0 Şərh     Baxış: 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İŞİD terror qruplaşması aprelin 26-sı Şri-Lankanın şərqində baş verən terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Kalmunay şəhərində polislərlə toqquşmalarda 3 İŞİD üzvü iştirak edib, onlar daha sonra üzərlərində olan partlayıcını işə salıblar.

Terror qruplaşması bildirir ki, nəticədə 17 polis əməkdaşı həlak olub, lakin terror aktları ilə qruplaşmanın bağlılığını əks etdirən sübutlar göstərməyib.

Xatırladaq ki, aprelin 26-sı Şri-Lankanın Kalmunay şəhərində 3 partlayış baş verib. Partlayışlardan son 20 nəfər şübhəli bilinən şəxs saxlanılıb.

Qeyd edək ki, aprelin 21-i Şri-Lankanın Kolombo şəhərində və ölkənin digər ərazilərində Pasxa bayramı zamanı 8 partlayış törədilib. Terror aktları nəticəsində 250-260 nəfər həlak olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.