Dünya

Antarktidada minlərlə imperator pinqvin balası ölüb

25 Aprel 2019 21:07
0 Şərh     Baxış: 1 322
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Antarktidada nəhəng buz kütləsinin sınmasından sonra orada yaşayan minlərlə imperator pinqvin balası suya düşüb və boğularaq ölüb.

2016-cı ildə baş vermiş bu hadisə pinqvinlərin nəsil artırma cəhdinə mənfi təsir edib, alimlər bildiriblər.

Weddell dənizində baş vermiş faciəni Britaniya Antarktida Araşdırmaları qrupu peyk görüntülərinə əsasən təyin edib.

Dr. Peter Fretwell və Dr. Phil Trathan peyk fotolarında Halley körfərindəki pinqvin sürüsünün birdən-birə yox olduğunun fərqinə varıb.

Şiddətli küləyə görə buz kütləsinin sınması bir gecədə baş verib.

Burada illərdir ki, yaşayan 14 mindən 25 minədək cüt pinqvin yaşayırdı. Bu rəqəmlər dünyada olan pinqvinlərin 5-9 faizi deməkdir.

İmperator pinqvinləriİmperator pinqvinləri

800 kilometr yüksəklikdən çəkilən peyk şəkillərində pinqvinlərin peyini ilə örtülmüş buzlaqların su altında qaldığını görmək olar.

İmperator pinqvinləri boy və çəkiyə görə bu fəslə aid ən iri quşlardır.

Onların üzərində məskən sala biləcək nəhəng buzlaqlara ehtiyacı var.

Quşlar buzlağa aprel ayında gəlir və dekabrda, balaları tüklənənə kimi burada qalır.

Bu vaxt kəsimində buzlağın sabit qalması xüsusi əhəmiyyət kəsb edir.

Çünki, onun çökməsi nəticəsində körpə pinqvin balaları suya qərq olaraq boğulmaq təhlükəsi qarşısında aciz qala bilər.

Tədqiqatçılara görə, 2016-cı ildə məhz belə bir hadisə yaşandı: Brunt şelfinə bağlı buzlaq şiddətli küləklər nəticəsində ovularaq əsas kütlədən qopdu.

Buzlağın 2017 və 2018-ci illərdə olduğu halı indiyədək bərpa olunmayib.

Alimlərin dediyinə görə o, əvvəlki kimi sərt deyil.

"2016-cı ildə əmələ gələn buz layı yetərincə bərk deyil və oktyabr-noyabr aylarının fırtınaları onu daha tez parçalayacaq. Hava durumunun bir növ dəyişməsi baş verir. Daha əvvəl güvəniləcək buzlaqlar artıq sabit deyil".

Pinqvin

Başqa bir pinqvin sürüsünün sayında artım

Mütəxəssislər hesab edir ki, balalarını itirən pinqvinlər sürüsündə yenidən cütləşməyə meyl əlamətləri nəzərə çarpmır. Quşların Weddel dənizindəki başqa sürülərə qatılacağı güman edilir.

Bu, arada hadisə yerindən 50 km aralıda yerləşən Dawson-Lambton buzlağındakı pinqvin sürüsündə artım müşahidə olunur.

Bruntda yeni buz layı hələ formalaşmayıb və bunun səbəbi naməlum qalır.

Məlumdur ki, havanın mülayimləşməsi iqlim dəyişməsinə həssas olan pinqvinlərə ciddi təsir göstərə bilər.

Hesablamalara görə buzlaq kütləsində hazırkı sürətlə baş verən ixtisar əsrin sonuna kimi pinqvinlərin qlobal sayında 50-dən 70 faizə çatan itkilərə səbəb ola bilər.

Brunt-da əmələ gələn dərin çat New York şəhəri böyüklüyündə buz kütləsinin qopmasına işarə edir, bunu peyk şəkillərində görmək olar.

Bunun nəticəsində daha xırda buzlaqlar da çökə bilər. Bu isə pinqvinlərin məskən sala biləcək ərazilərə əlavə təhlükə yaradır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.