Dünya

İlk dəfə fotosu çəkilən qara dəliyə ad verildi

13 Aprel 2019 12:29
0 Şərh     Baxış: 1 197
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın maraqla izlədiyi və ilk dəfə bir neçə gün əvvəl fotosu çəkilən qara dəliyə ad verilib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, Havay dili üzrə professor Larri Kimura qara dəliyə "Powehi" adını verib. Qara dəliyin fotosu 10 aprel tarixində yayımlanıb.

ABŞ Milli Elm Fondu tərəfindən 2012-ci ildə bir qara dəliyin ətrafını müşahidə etmək məqsədi ilə "Event Horizon" teleskopu qurulmuşdu. Teleskop tərəfindən 10 aprel tarixində ilk qara dəlik fotosu yayımlandı.
"Powehi" isə Havay dilindən "Yaradılışın sonsuz qaranlıq mənbəyi" kimi tərcümə edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.