Dünya

İtaliyada minlərlə insan mafiya ilə mübarizə aksiyasında iştirak edib

27 Mart 2019 07:28
0 Şərh     Baxış: 1 358
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın Padova şəhərində minlərlə insan "Libera" və "Avviso Pubblico" assosiasiyaları tərəfindən təşkil edilən mafiya ilə mübarizə aksiyasında iştirak edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ölkənin bütün bölgələrindən gələn aksiya iştirakçıları əllərində bayraq və plakatlarla şəhərin mərkəzindən keçərək mafiya əleyhinə etiraz şüarları səsləndiriblər.

Bildirilir ki, "Libera" təşkilatının sədri Don Luidci Çiottinin rəhbərliyi ilə keçirilən aksiyada bütünlüklə İtaliyada günahsız mafiya qurbanlarının xatirəsinin 23-cü ildönümü qeyd olunub.

Yürüşdə, həmçinin şəhər meri Sergio Cordani və İtaliyanın mafiya və terrorizmlə mübarizə üzrə prokuroru Federiko Kafyero de Raho da iştirak edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.