Avropa İttifaqı Google-ı €1.49 milyon avro cərimə edib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Google şirkəti onlayn axtarış reklamçılarını blok etdiyinə görə çərşənbə günü €1.49 milyard avro cərimələnib. Bu, Avropa İttifaqının Google-ın ana şirkəti Alphabet-ə qarşı son iki ildə üçüncü nəhəng anti-trest cəriməsidir.
Cərimənin Google-ın 2018-ci ildəki dövriyyəsinin 1.29 faizinə bərabər olduğunu bildirən Avropa Komissiyası bəyanatında şirkətin rəqabət əleyhinə davranışlarının 10 ildən çox davam etdiyini bildirib.
Google-ın müqavilələrinə bu məhdudlaşdırıcı maddələri daxil etməsinə rəqiblərini bazardan uzaq tutmağa çalışmaqdan başqa heç bir səbəb yox idi.
Bu məsələ axtarış nəticələri və axtarış reklamları meydana gətirən qəzet və ya səyahət saytları kimi vebsaytlara aiddir. Google-ın AdSense for Search proqramı bu cür axtarış reklamlarını təmin edir.
Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, Google-ın yanlış davranışlarına vebsaytların axtarış nəticələri səhifələrində rəqiblərindən axtarış reklamları yerləşdirmələrinin qarşısını alaraq, onları axtarış nəticələri səhifələrindəki ən gəlirli yerləri Google-ın reklamlarına ayırmalarını və rəqib reklamların necə yerləşdirilməsinə dəyişikliklər etmədən öncə Google-dan yazılı icazə almalarını təbəb etməsi daxildir.
"Google-ın müqavilələrinə bu məhdudlaşdırıcı maddələri daxil etməsinə rəqiblərini bazardan uzaq tutmağa çalışmaqdan başqa heç bir səbəb yox idi," Avropa Komissiyasının rəqabətdən məsul rəsmisi Marqret Vestager bildirib.
AdSense-lə bağlı iş 2010-cu ildə Microsofrt-un şikayətindən sonra qaldırılmışdı. Daha sonra hər iki şirkət 2016-cı ildə bir-birinə qarşı şikayətlərini geri götürüb.
Ötən il Vestager məşhur Android mobil idarəetmə sistemindən istifadə edərək rəqiblərini blok etdiyinə görə Google-a €4.34 milyard avro cərimə tətbiq edib. Bundan əlavə isə 2017-ci ilin iyun ayında şirkət rəqiblərinin alış-verişləri müqayisə edən vebsaytlara çıxışının qarşısını aldığına görə €2.42 milyard avro cərimələnib.
Vestager çərşənbə günü Google-ın göstərişlərə riayət etmək məqsədilə rəqiblərini irəli çəkmək, eləcə də Android istifadəçilərinə brauzer və axtarış tətbiq etmələri seçimini irəli sürmək cəhdlərini ehtiyatlı şəkildə alqışlayıb.
Vestager Google-ın tənzimləmə ilə bağlı problemlərinin başa çatmadığına işarə edərək deyib ki,o, şikayətlərdən əlavə şirkətin iş axtarışı sahəsindəki əməllərini də təhqiq edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Gündə 5 litr kola içir, 19 saat işləyir - (Video)
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)





