Kaliforniya qubernatoru ölüm hökmünün icrasına moratorium qoymağa hazırlaşır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kaliforniya qubernatoru Qevin Nyusom bu gün ştatda ölüm hökmünün icrasına moratorium elan etmək niyyətindədir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Nyusom ölüm hökmü verilmiş şəxslərin edam cəzasının icrasının təxirə salınması barədə fərman imzalamağı planlaşdırır. Bundan əlavə, Kaliforniyanın San-Kventin burnundakı həbsxanada edam cəzası üçün kameralar bağlanacaq və ölümcül inyeksiyaların normaları ləğv olunacaq.
Bu addım mahiyyət etibarilə simvolik məna daşıyır, belə ki, 2006-cı ildən Kaliforniya ştatında edam baş vermir. Ölüm hökmləri davam edən məhkəmə çəkişmələri, o cümlədən öldürücü inyeksiyalar üçün istifadə edilən bəzi preparatların yolverilməzliyi səbəbindən icra olunmur.
Qəzetin məlumatına əsasən, hazırda Kaliforniyada ölüm hökmünü gözləyən 737 məhkum var.
Son illər ABŞ-ın bir çox ştatları öldürücü iynələr üçün hansı preparatlardan istifadə etmək barədə eksperimentlər aparırlar. Səbəblərdən biri bu məqsədlə istifadə olunan zəhərlərin çatışmazlığıdır. Həmin maddələrin istehsalı ilə məşğul olan Avropa ölkələri ölüm hökmünə qarşı çıxdıqları üçün onların ABŞ-a göndərilməsini dayandırıb.
"Death Penalty Information Center" (Ölüm hökmləri üzrə informasiya mərkəzi) qeyri-hökumət təşkilatının məlumatına görə, ABŞ-ın 30 ştatında ölüm cəzasına icazə verilir. Hazırda ABŞ-da 2738 nəfər edam cəzasının icrasını gözləyir. 1976-cı ildən cari il martın 12-dək isə Birləşmiş Ştatlarda 1493 nəfər edam olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə - (Foto)
-
Gecə aclığının qarşısını alan sadə vərdiş
-
Gündə 5 litr kola içir, 19 saat işləyir - (Video)
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb





