Dubay əmirliyində "Dubay İpək Yolu" strategiyası hazırlanıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dubay əmirliyinin vəliəhd şahzadəsi Şeyx Həmdan bin Məhəmməd bin Rəşid Əl Maktum beynəlxalq ticarəti birləşdirmək sahəsində Dubayın rolunun artırılması üçün inkişaf planını təsdiqləyib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tarixən Şərqlə Qərbi birləşdirən ticarət yolları şəbəkəsinin şərəfinə adlandırılan "Dubai Silk Road" ("Dubay İpək Yolu") strategiyası əmirliyin logistik sektorunun inkişafına yönəlib. Dubay şahzadəsinin fikrincə, bu layihə iqtisadiyyatın diversifikasiyası sahəsində planların reallaşmasının açarıdır. Şahzadə öz "Twitter" səhifəsində yazıb ki, bu, dünya ticarətində Dubayın strateji cəhətdən gələcəkdə möhkəmlənməsinə yönəlib".
Dubayın "Ports, Customs and Free Zone Corporation" korporasiyası və digər dövlət strukturları ilə birgə hazırlanmış "Dubay İpək Yolu" strategiyası ikitərəfli yanaşmaya əsaslanır: azad ticarət zonaları arasında və ölkə daxilindəki digər əmirliklərlə ticarətin genişlənməsi və "DP World" terminalının digər dünya ölkələri ilə ticarət əlaqələrinin təkmilləşdirilməsi.
Qeyd olunur ki, "Emirates" milli aviaşirkətinə bu strategiyada xüsusi yer ayrılır.
"Ports, Customs and Free Zone Corporation" korporasiyasının sədri Sultan Əhməd bin Sulayemin açıqlamasında qeyd olunur ki, bu strategiya həm regional, həm də beynəlxalq səviyyədə tanınmış dəniz və hava limanlarının, azad ticarət zonalarının yaranmasına onilliklərlə yatırılan sərmayələri tamamlayır. Onun sözlərinə görə, 2017-ci ildə neft sektorunu nəzərə almamaqla, Dubayın xarici ticarətinin həcmi 1,302 trilyon dirhəmə (354,49 milyard dollara) çatıb. Bu həcmin 33 faizi azad ticarət zonalarının payına düşür.
"Dubai Silk Road" strategiyasına doqquz təşəbbüs və 33 layihə daxildir. Bu yeni strategiya üzrə "Emirates Airlines", "Dubai Airports", "Dubai South", "Dubai Free Zones (DFZ) Council", Dubayın dəniz əlaqəsi, nəqliyyat və yollar idarələrinin, Dubay bələdiyyəsinin, "DP World" logistik korporasiyasının, "Jebel Ali Free Zone" azad ticarət zonalarının arasında sıx əməkdaşlığın qurulmasını nəzərdə tutur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
ABŞ və Çin arasında “ticarət atəşkəsi” uzadıldı
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
-
20 yaşlı polşalı futbolçu faciəvi şəkildə öldü
-
Xəyanətə uğradığını bildi, evi dağıtdı - (Video)
-
Bakıda Formula 2 üzrə ilk sıralama turuna start verilib
-
Qazaxıstanda hərbi təlim faciə ilə nəticələndi: 9 hərbçi öldü
-
Pezeşkianın çıxışı zamanı nümayəndə heyətimizin zalı tərk etməsi yalandır
-
Formula 1 Azərbaycan Qran-Prisində ilk sərbəst yürüş başa çatdı - Yenilənib
-
Hande Erçel Milanda "gəlinlik"də - (Video)
-
Yevlaxdakı qətl işi üzrə 6 qohuma hökm oxundu
-
Xəzərdə hərbi təlim faciə ilə nəticələndi - 9 hərbçi öldü
-
Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçdi
-
Ermənistanda hərbçi partlayış nəticəsində ölüb
-
Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - (Foto)
-
Kimi Antonelli Bakıda sərbəst yürüşü yarımçıq dayandırıb
-
Cem Yılmaz infarktdan sonra özünə yeni iş tapdı
-
Sumqayıtda motosiklet sürücülərinə qarşı əməliyyat - 22 nəfər saxlanıldı
-
Ayın 25-də şimşək çaxacaq, dolu düşəcək - Proqnoz
-
Şirvanda 2 kiloqrama yaxın narkotik aşkarlanıb
-
Bu gün axşamdan hava kəskin dəyişir - Xəbərdarlıq
-
Bakıda 62 yaşlı kişi 4-cü mərtəbədən yıxılaraq öldü
-
Nizamidə 48 kombi oğurlayan 4 nəfər saxlanıldı
-
Onlar 20 il vergi ödəməyəcək - Yeni qayda gəlir
-
Türkiyədə güclü zəlzələ oldu





