Dünya

İş adamı bir günə 4,3 milyard dollar itirdi

23 Fevral 2019 16:04
0 Şərh     Baxış: 1 327
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı iş adamı, "Berkshire Hathaway" şirkətinin sahibi Uorren Baffet gün ərzində 4.3 milyard dollar itirib.

Milli.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb onun ən böyük səhmdarlarından olan "Kraft Heinz" şirkətinin ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) tərəfindən dividendlərin araşdırılması xəbəri fonunda onun dividendlərinin azaldılması olub.

Belə ki, "Kraft Heinz" konserninin səhmləri ticarət sessiyasında 27%-dən aşağı düşərək hər səhminə 34,95 dollar düşüb. 2018-ci ildə "Kraft Heinz"in 325 milyon dollar (26.7 %) səhminə malik olan "Berkshire Hathaway" bununla bir günə 4, 31 milyard dollar itirib.

"Kraft Heinz" "Apple, "Coca-Cola" və bir neçə bankdan sonra həcminə görə "Berkshire"nin altıncı holdinqi hesab olunur.

Qeyd edək ki, 88 yaşlı U. Baffet 84,7 milyard dollar sərvətə sahibdir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.