Dünya

İranda hərbi yük təyyarəsi qəzaya düşdü: 15 nəfərin meyiti tapılıb - YENİLƏNİB - VİDEO - FOTO

14 Yanvar 2019 14:45
0 Şərh     Baxış: 3 244

14:45

 İranda "Boeng-707" tipli hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

Milli.Az bildirir ki, "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə yerindən 15 nəfərin meyiti tapılıb. 

Onların hansı ölkə vətəndaşı olduqları və kimlikləri hələlik məlum deyil.

İranın Məhkəmə-Tibbi Ekspertiza Təşkilatından bildirilib ki, təyyarədə ümumilikdə 16 nəfər olub. Onlardan biri sağ xilas edilib. Qurumdan qeyd edilib ki, ölənlərdən 10 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. 

----------
11:55

 İranda qəzaya uğrayan "Boeng-707" tipli yük təyyarəsinin düşdüyü ərazidən 7 nəfərin meyiti tapılıb.

Milli.Az bildirir ki, "Report" "Fars" agentliyinə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 16 nəfər olub.

Həmin şəxslərin hansı ölkə vətəndaşı olduqları və kimlikləri hələlik məlum deyil. Onlardan yalnız bir nəfər - təyyarənin bort-mühəndisi sağ qalıb.

Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.  

İranın Müdafiə Nazirliyindən bildirilib ki, qəzaya uğrayan hərbi yük təyyarəsi İran ordusuna məxsus olub.

----------
10:31

Qırğızıstana məxsus "Boing 707" yük təyyarəsi İranın paytaxtı Tehranın Fəth aeroportunda eniş edərkən qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Mülki Aviasiya Təşkilatının sözçüsü Rza Cəfərzadə deyib.

Onun sözlərinə görə, Qırğızıstanın Bişkek şəhərindən havaya qalxan yük təyyarəsi Peyam aeroportu istiqamətində uçurmuş. Pilot səhvən Kərəcin Fəth aeroportunda eniş edib və qəzaya uğrayıb.

Məlumata görə, təyyarədə 10 sərnişin olub.

Hadisə yerinə 1 vertolyot və 10 təcili yardım maşını, 6 xilasetmə qrupu ezam olunub.

---------
10:04

İranda təyyarə qəzası baş verib.

Milli.Az bildirir ki, Sputniknews-un son dəqiqə xəbərinə görə, Boeing-707 təyyarəsi Tehran yaxınlığında qəzaya düşüb.

İranın Kərəc hava limanının yaxınlığında baş verən qəzanın səbəbi bilinmir.

Təyyarə yük daşıması həyata keçirirmiş. Hava gəmisində 10 nəfər olub.

Hələlik itkilər barədə məlumat yoxdur.

Bəxtiyar Umarlı
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
İranda təyyarə qəzaya uğrayıb - 1

İranda təyyarə qəzaya uğrayıb

Видео с места крушения

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.