Dünya

Öcalanın ölüm xəbəri yayıldı: Qardaşı oğlundan paylaşım

13 Yanvar 2019 10:44
8 Şərh     Baxış: 4 275
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PKK lideri Abdullah Öcalanın öldüyü barədə məlumat yayılıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Abdullah Öcalanın qardaşı oğlu, HDP-nin Urfa millət vəkili Ömər Öcalanın Tvitter hesabından məlumat yayılıb.

Ö.Öcalanın Tvitter hesabında əmisinin xəstəxanaya qaldırıldığı, ancaq edilən müdaxilələrə baxmayaraq, öldüyü bildirilib.

Daha sonra millət vəkili Tvitterdə növbəti məlumat paylaşaraq, hesabının ələ keçirildiyini qeyd edib:

"Tvitterdə bir problem var, dostlar. Ola bilsin, hesabım oğurlanıb".

Buna baxmayaraq, o, Öcalanla bağlı xəbəri təkzib etməyib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.