Dünya

Tbilisidə azərbaycanlılara məxsus 20-yə yaxın avtomobil qarət olunub

10 Yanvar 2019 11:39
0 Şərh     Baxış: 1 193
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan paytaxtı Tbilisidə, azərbaycanlıların yığcam yaşadığı Cırtdaxan adlandırılan Zemo Vedzisi qəsəbəsində 20-yə yaxın avtomobil qarət olunub.

Milli.Az xəbər verir ki, bu barədə report-a qəsəbə sakinləri məlumat veriblər.

Onlar bildiriblər ki, oğurluq ötən aylarda da törədilib və son günlər daha da artıb. Bir neçə avtomobil isə bir gecədə eyni qaydada qarət olunub. Soyğunçular gecə saatlarında maşınların şüşələrini sındıraraq, nəqliyyat vasitələrində olan mobil telefon, pul, siqaret və digər xırda əşyaları oğurlayıblar.

Qarət olunmuş maşınların əksər sahibləri taksi fəaliyyəti ilə məşğul olur.

Qəsəbə sakinləri bildirib ki, polisə oğurluq faktları barədə məlumat verilib və istintaq tədbirləri həyata keçirilir. Faktlarla bağlı hələlik saxlanılan yoxdur.

Cırtdaxanda yaşayan sakinlər soyğunçuların tezliklə saxlanılması və qəsəbədə avtombillərdən oğurluq edilməsinin qarşısının alınması üçün küçələrdə müşahidə kameralarının quraşdırılmasını tələb edirlər. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.