Dünya

Ya hamilə arvadını seçməlisən, ya doğulacaq körpəni - İkisindən biri öləcək... - FOTO

7 Dekabr 2018 14:18
16 Şərh     Baxış: 3 223

ABŞ-ın Kolorado ştatında ürəkağrıdan hadisə yaşanıb.

Milli.Az xarici mətbuata istinadla bildirir ki, kişiyə hamilə xanımı ilə doğulacaq körpəsi arasında seçim etmək şansı verilib.

Frederick və Keyvonne Connie adlı cütlük yanvar ayında dünyaya gələcək qızları üçün gün sayırdılar.

Lakin onların sevinci bir anda faciəyə çevrilib. Belə ki, doğuma bir ay qalmış qadında qanaxma başlayıb. O, təcili xəstəxanaya yatırılıb.

Həkimlər Frederick-ə həyat yoldaşının və bətnindəki körpənin ölüm təhlükəsinin olduğunu söyləyiblər. Onlar bildirib ki, ikisi arasında seçim etməlidir. Çünki onlardan yalnız birinin yaşamaq şansı var.

Frederick qızının yaşamağını seçib. Əməliyyat zamanı qadının həyatını xilas etmək mümkün olmayıb.

O, yeni doğulan qızına anasının adını verərək önünə "mələk" sözünü də əlavə edib.

"Çox çarəsiz vəziyyət idi. Bir tərəfdə çox istədiyin həyat yoldaşın, digər tərəfdə isə doğulacaq qızın", - Fox31-ə açıqlama verən kişi söyləyib.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

16 Şərh:

  • Anonim
    atonim · 7 Dekabr 14:2442

    bes ushaga kim baxacaq.... maraqli sechim edib...

    Cavab yaz
  • Anonim
    Mahir · 7 Dekabr 14:36113

    Bu usagi gorende qorxdum. Bu ne usaqdir.

    Cavab yaz
  • Anonim
    İzləyici · 7 Dekabr 14:37150

    Yazıq uşaq anasız və sənin kimi axmaq ata ilə böyümək məcburiyyətində qaldı. İnsan həyat yoldaşına hətta nifrət eləsə belə məncə belə axmaq seçim etməməlidir.

    Cavab yaz
  • Anonim
    Noo · 7 Dekabr 14:5091

    Necə yəni seçim et? həkimlər belə vəziyyətdə ananı xilas etməli deyildilərmi?

    Cavab yaz
  • Anonim
    Bahar · 7 Dekabr 14:53150

    Bu bir az nağıla oxşadı.Tibbdə belə seçim qoyulmur.Çünki həkimlər ilk öncə ananın həyatını düşünür.

    Cavab yaz
    • Anonim
      Musa · 7 Dekabr 15:2021

      Səgv edirsiniz xanım. Şəxsən mənim qarşımda belə seçim qoyulub. Amma mən siz nə danışırsınız hər ikisi dedim. Dedim əgər birinə bir şey olsa sizdə onlarla tay olacaqsınız. İndi şükür.

      Cavab yaz
  • Anonim
    Mozalan · 7 Dekabr 15:0870

    Ən axmaq adamdır!

    Cavab yaz
  • Anonim
    Riko · 7 Dekabr 15:3650

    Kül sənin kişi başıva ,uşağınız təzdən ola bilərdi ama yoldaşın geri qayıtmıyacaq.Həmdə bu nə deməkdirki ananın yaşamaq şansını şərəfsiz həkimlər alıbdı.Biraz nağıla oxşayır düzdü elə vəziyyətlər olur amma bu vəziyyətdən ananında xəbəri olur.Ana yaşamaq isdiyirsə nə ixdiyarla onun ölümünə səbəb ola bilirlər?

    Cavab yaz
  • Anonim
    Anonim · 7 Dekabr 15:3730

    Inandirici deyil

    Cavab yaz
  • Anonim
    Oxucu · 7 Dekabr 15:3760

    Hardadır bunlarda o əsil kişi Qaçaq Nəbi? Mamaça qadına sərt şəkildə cavab verir "dedim ki Həcər!". Yenə də Allah heç kimi belə seçim qarşısında qoymasın. Azərbaycanda çox şükür ananın həyatına üstünlük verilir heç soruşmadan, çünki o qadın yenə övlad dünyaya gətirə bilər, ölən körpəni başqası əvəz edə bilıər, amma ana ölsə onu heç kim əvəz edə bilməz.

    Cavab yaz
  • Anonim
    ☆♡ana♡☆ · 7 Dekabr 16:0740

    sən arvadı sevməmisən necə insan sevdiyinin ölümünə imza atar

    Cavab yaz
  • Anonim
    @@@ · 7 Dekabr 16:0980

    Boynuna qamış ölçüm. Düşmənə də belə ər qismət etmə, ya Allah!

    Cavab yaz
  • Anonim
    Ş R. · 7 Dekabr 19:0840

    Bu hadisə mənə olmuş hadisəni xatırlatdı.Rayonun adını yazmıram.Kəndimizdə bir kişinin 3 qızı var idi sonra biridə oldu .Kişi bu qızdan qurtulmaq üçün körpənin üstünə yük qoydu,lakin uşaq ölmədi .Böyük qız oldu və atasının sevimli qızı oldu.Lakin qızın 25 yaşı olanda dünyasını dəyişdi.Atası qızın ölmündən sonra dəli oldu və dəli kimi dıə öldü.

    Cavab yaz
  • Anonim
    Qumru · 7 Dekabr 22:2700

    Bele baxanda kiwinin ne duwunub bu secimi etdiyini bilmirik... Amma bir heyati bitirib yeni bir heyata can verib. Bir weyi de duwunek. Wexsen men ovladim dogulana yaxin hiss edirdim ki, neyse problem olacaq. Yeni demek isteyirem ki, belke qadin da hiss edib. Ve hansi wertle olur ollsun erinden ovladini xilas etmeyi isteyib? Nezere alsaq ki, onlarda qadina munasibet bizdekinden biraz ferqlidir, ona gore uwagi secib. Hec bir insana bele secim arzulamaram. Amma menim yoldawim olsa adim kimi eminem ki, meni secerdi. Hetta gelecekde ovladim olmayacagini bilse bele yene secerdi. Bir de yuxarida qeyd edilen kimi Nebi Heceri bir daha ana ola bilmeyeceyini bilerekden secmiwdi..Bu secim ise her kiwinin vere bileceyi ve arxasinda dura bileceyi bir veziyyet deyil.

    Cavab yaz
  • Anonim
    kulbash · 7 Dekabr 22:4720

    agilsiz insan arvadi sechmeliydi

    Cavab yaz
  • Anonim
    Vuska · 7 Dekabr 23:0010

    Basinnan eliyib arvadi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.