Ya hamilə arvadını seçməlisən, ya doğulacaq körpəni - İkisindən biri öləcək... - FOTO

7 Dekabr 2018 14:18

ABŞ-ın Kolorado ştatında ürəkağrıdan hadisə yaşanıb.

Milli.Az xarici mətbuata istinadla bildirir ki, kişiyə hamilə xanımı ilə doğulacaq körpəsi arasında seçim etmək şansı verilib.

Frederick və Keyvonne Connie adlı cütlük yanvar ayında dünyaya gələcək qızları üçün gün sayırdılar.

Lakin onların sevinci bir anda faciəyə çevrilib. Belə ki, doğuma bir ay qalmış qadında qanaxma başlayıb. O, təcili xəstəxanaya yatırılıb.

Həkimlər Frederick-ə həyat yoldaşının və bətnindəki körpənin ölüm təhlükəsinin olduğunu söyləyiblər. Onlar bildirib ki, ikisi arasında seçim etməlidir. Çünki onlardan yalnız birinin yaşamaq şansı var.

Frederick qızının yaşamağını seçib. Əməliyyat zamanı qadının həyatını xilas etmək mümkün olmayıb.

O, yeni doğulan qızına anasının adını verərək önünə "mələk" sözünü də əlavə edib.

"Çox çarəsiz vəziyyət idi. Bir tərəfdə çox istədiyin həyat yoldaşın, digər tərəfdə isə doğulacaq qızın", - Fox31-ə açıqlama verən kişi söyləyib.

Emin
Milli.Az