Dünya

Kaliforniyada meşə yanğınları: ölənlərin sayı 23-ə çatdı

11 Noyabr 2018 09:23
1 Şərh     Baxış: 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, ştatın cənubunda və şimalında davam edən yanğınlar nəticəsində ölənlərin sayı 23 nəfər çatıb.

Son məlumatlara əsasən, yanğın 42 min hektar ərazini əhatə edir və 7 minə yaxın tikilini məhv edib.

Qeyd edək ki, Kaliforniya ştatının şimalında da meşə yanğınları davam edir. Yanğın 9 nəfərin ölümünə səbəb olub və 6,7 mindən artıq evi məhv edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.