Dünya

Almaniyada ekologiya fəalları yeni nümayiş keçiriblər

24 Sentyabr 2018 23:31
0 Şərh     Baxış: 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bazar günü Almaniyanın qərbindəki Hambax kömür hövzəsi rayonunda ekologiya fəallarının yeni nümayişi keçirilib. Onlar bu bölgədə ağacların qırılmasına, kömür çıxarılmasına və ekologiya fəallarının düşərgəsinin sökülməsinə etirazlarını bildiriblər. Təşkilatçıların verdiyi məlumata görə, güclü yağış yağmasına baxmayaraq, "Meşədə gəzinti" aksiyasına gələnlərin sayı 7000 nəfərdən çox olub. Bu, keçən həftə etiraz nümayişinə gələnlərin sayından çoxdur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, nümayişdən əvvəl polis meşədə yürüş keçirilməsini qadağan edib. Şimali Reyn-Vestfaliya federal əyalətinin Münsterdəki Ali İnzibati Məhkəməsi ekologiya fəallarının şikayətini təcili prosedur çərçivəsində yoxlayıb. Sonra onların müəyyən konkret məkanda mitinq keçirmələrinə bu şərtlə icazə verilib ki, orada polis iştirakçıların təhlükəsizliyini təmin edə bilsin.

Ekologiya fəalları hərəkatının liderləri böyük bir talada aksiya iştirakçıları qarşısında çıxış ediblər. Onlarca polis işçisi aksiya zamanı asayişə nəzarət edib. Fəalların "Twitter" şəbəkəsində yazdığına görə polislər əvvəlcə aksiyanın keçirildiyi hasarlanmış əraziyə daxil olanların sənədlərini yoxlayırdılar, lakin sonradan bu yoxlama dayandırılıb.

Fəallar "Twitter" şəbəkəsində etirazçılara müraciətlə qadağaya məhəl qoymadan meşədə yürüş etməyə çağıraraq, qeyd ediblər ki, çox yerdə nəzarət aparılmır. Sonradan başlarında dəbilqə, əllərində qalxan olan bir qrup polis çoxsaylı fəallar qrupunu meşədən çıxarmağa çalışıb. Hadisə yerindən birbaşa translyasiya aparan nümayişçilər qeyd ediblər ki, polisin nəzərdə tutduğunun əksi baş verib - etirazçılar polisləri sıxışdırıblar. Aksiyanın bəzi iştirakçıları polis tərəfindən istiotlu sprey tətbiq edilməsini bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.