Dünya

Kök polislər işdən çıxarılır - Hindistanda YENİ QANUN

13 İyul 2018 10:23
7 Şərh     Baxış: 2 896
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanda polislərə arıqlaması üçün göstəriş verilib.

Milli.Az unikal.org-a istinadən xəbər verir ki, Karnataka əyalətindəki polis bölməsindəki polislərə arıqlamaları üçün xəbərdarlıq edilib. Əks halda işdən atılacaqlar.

Bu qərarın verilmə səbəbi 18 ayda çox sayda polisin həyatını itirməsi olub. Ölkə rəhbərliyindən bildirilir ki, yeməyinə diqqət etmədikləri, idmansız qaldıqları, siqaret və içki içdikləri üçün kökəlir və sağlam həyat yaşamırlar. Bu da onların erkən yaşda ölmünə səbəb olur.

Polislərə həyat tərzlərini dəyişmələri və yeməklərinə diqqət etmələri üçün yardım göstəriləcək. Bu bölmənin polis rəislərinə əməkdaşlarının arıqlaması və çəki salması üçün idmanı gündəlik həyat tərzlərinə çevirmələri göstəriş verilib. Həmin əyalətdəki bölmədə 14 min polis əməkdaşı çalışır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.