Dünya

Vulkan püskürməsi nəticəsində 27 uşaq həlak olub

13 İyun 2018 08:21
0 Şərh     Baxış: 1 062
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 3-də Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində azı 27 uşaq həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Qvatemalanın təhsil naziri Oskar Uqo Lopes Rivas deyib.

Onun sözlərinə görə, vulkan püskürməsi nəticəsində məhv olan məktəbdə 173 uşaq təhsil alırdı. Məktəbin 27 tələbəsi həlak olub, 35-i isə itkin düşüb.

Qeyd edək ki, iyunun 3-ü Fueqo vulkanının püskürməsi nəticəsində Qvatemalada 117 nəfər həlak olub, 57 nəfər yaralanıb, 197 nəfər isə itkin düşmüş sayılır. Vulkanın püskürməsi ilə əlaqədar 12,4 min insan təxliyə edilib, 4,2 min insan müvvəqəti sığınacaqlarda qalır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.