Dünya

Məşhur supermaketdən banan aldı: içindən çıxan ŞOKA SALDI - VİDEO - FOTO

17 Aprel 2018 14:47
3 Şərh     Baxış: 4 371
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərədə məşhur süpermarket şəbəkələrindən biri ALDI-dan paketlənmiş banan alan 67 yaşlı qadın, içindən əqrəb çıxınca şoka düşüb. 

Milli.Az haberler-ə istinadən xəbər verir ki, əqrəbi yaxalayan qadın supermarketə gedərək şikayət edib.

Linda Pollard adlı qadın içində 5 ədəd banan olan bağlı paketi evdə açarkən içindən böyük bir əqrəb çıxıb. Şikayət sonrası supermarketlər şəbəkəsi üzr istəyərək, qadına 10 sterlinq dəyərində bir kupon verib.

Hadisəni araşdıran mütəxəssislər həşəratın bananların gətirildiyi Mərkəzi Amerikadakı Belizedə çox rastlanan bir "Slenderbrown" növlü əqrəb olduğunu açıqlayıblar. Bundan başqa əqrəbin zəhərli bir növdən olduğu da vurğulanıb.

Pollard hələ də qorxduğunu və evdə ikinci əqrəbin olması ehtimalını düşündüyü üçün tez-tez hər yeri yoxladığını sözlərinə əlavə edib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məşhur supermaketdən banan aldı:içindən çıxan ŞOKA SALDI

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.