Dünya

İranlı turistlər Türkiyədə qəzaya düşdü: 8 nəfər öldü - FOTO

31 Mart 2018 12:00
0 Şərh     Baxış: 1 131
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Novruz tətilini qeyd etmək üçün Türkiyəyə gedən 5 nəfərlik iranlı ailə geri qayıdarkən qəzaya düşüb.

Milli.Az report-a istinadən xəbər verir ki, Trabzon səfərindən qayıdan iranlı turistləri aparan avtomobil yoldakı qazıntıya 10 metr qalmış təmir nişanını görmədiyindən 8 metrlik çuxura düşüb.

Bir müddət sonra isə təmir lövhəsinin olmaması səbəbindən mikroavtobus da eyni çuxura düşüb.

Qəza nəticəsində iranlı ailənin hamısı və mikroavtobusda olan üç nəfər dünyasını dəyişib. Hadisə zamanı 4 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı həmin ərazidə inşaat işlərini aparan şirkətin 2 əməkdaşı saxlanılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.