Dünya

Gürcü ekspertlər Ermənistanda faşizmin təbliğatını təhlükəli hesab edirlər

26 Mart 2018 19:20
0 Şərh     Baxış: 1 032
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ermənistanda faşist Qareqin Njdeyə heykəlin qoyulması sadəcə təhqirdir".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Gürcüstanın Hərb Tarixi Cəmiyyətinin sədri, tarix elmləri doktoru, polkovnik Mamuka Qogitidze deyib.  O bildirib ki, fazişmin bu formada qəhrəmanlaşdırılması qəbuledilməzdir: "Böyük Vətən Müharibəsində qələbə böyük itkilər hesabına başa gəlib və 73 il qabaq heç kəsin ağlına gəlməzdi ki, faşizm və neofaşizm nə vaxtsa bərpa oluna bilər".

"Patriot"  İnformasiya Agentliyini direktoru Giorgi Remadze də Ermənistanda faşizm ideologiyasının təbliğatını təhlükəli adlandırıb: "Ermənistanla yanaşı, Qafqazda da faşizm ideologiyasının bərpası və gənclər arasında yayılmasına cəhdlər müşahidə olunur. Bu cür təhlükəli tendensiyalar və cəhdləri yalnız birgə mübarizə aparmaqla aradan qaldırmaq olar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.