Dünya

İranda sufi liderin tərəfdarına ölüm cəzası kəsilib

20 Mart 2018 09:56
0 Şərh     Baxış: 553
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda sufi liderin tərəfdarına ölüm cəzası kəsilib. O, ötən ay avtobusu polis əməkdaşlarının üzərinə sürərək üç nəfəri öldürməkdə təqsirli bilinib.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, bu insident Tehranda ötən ay Qonabadi sufilərinin lideri Nurəli Tabandehin tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasındakı toqquşma zamanı baş verib.

IRNA rəsmi xəbər agentliyi martın 19-da yazıb ki, məhkum Məhəmməd Reza Salas 20 gün ərzində apellyasiya şikayəti verə bilər.

Salas ötən həftə məhkəmədə deyib ki, polis əməkdaşlarını qəsdən öldürməyib, o, toqquşma ərazisindən uzaqlaşmağa çalışırmış.

90 yaşlı Tabandehin tərəfdarları onun Tehrandakı evi yaxınlığında oturaq aksiya keçirmişdilər, polisin onu saxlaya biləcəyindən narahat idilər. Hakimiyyət isə belə bir niyyətinin olmadığını deyirdi.

Sufilik İranda qanunsuz sayılmır, ancaq insan haqları qrupları hökuməti bu islam təriqəti ardıcıllarını təqib etməkdə günahlandırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.