Dünya

Ermənistan müxalifəti Yerevanın mərkəzində növbəti aksiya keçirir

19 Aprel 2018 21:59
0 Şərh     Baxış: 733
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan paytaxtı Yerevanın mərkəzindəki Respublika meydanında sabiq prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı çıxış edən müxalifət yenidən mitinq təşkil edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yağışa baxmayaraq, aksiyaya xeyli sayda etirazçı toplaşıb. Polis qüvvələri hökumət binasını güclü mühafizə etməkdə davam edir. Bundan əvvəl Serj Sarkisyan baş nazir qismində hökumətin ilk iclasını keçirib. Aprelin 13-dən davam edən etiraz aksiyalarına müxalifətçi deputat Nikol Paşinyan rəhbərlik edir.

Qeyd edək ki, sabiq prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı çıxış edən etirazçıların polislə qarşıdurması nəticəsində 6-sı asayiş keşikçisi olmaqla, 46 nəfər xəsarət alıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.