Bir ananın hazırlıq kursundan qaçan qızının İstanbulun Ataşehirdəki bir həyət evində zorla saxlanıldığı xəbəri daxil olub. 24 saat itlərlə qorunan evin ətrafında bir müddət gözləyən polis əməkdaşları həyət evinə və ev sahibinin yaşadığı ünvana basqın edib.
Milli.Az Sabah-a istinadən xəbər verir ki, 17 yaşlı H.K.K. xilas edilib, xeyli sayda qızın seks görüntüləri ələ keçirilib.
Evdə aparılan araşdırmada, yetkinlik yaşına çatmayan qızların zorlandığı videoların toplandığı CD-lər, 2 tapança və 180 mərmi tapılıb. Görüntülərdəki qızların 14-17 yaşlarında A.T., K.Ü., H.K.K və A.U. olduğu məlum olub. Ev sahibi Abuzer Sayanın əlində seks görüntüləri olduğu üçün qızlardan 3-ünün geri qayıtmadığı zaman qorxduğu və danışmadıqları üzə çıxıb.
1 uşaq atası Abuzer Sayanın arvadından boşandığı, "uşaq oğurluğu"na görə 12 müxtəlif cinayət əməli olduğu ortaya çıxıb.
Məhəmməd Vaqif
Milli.Az