Dünya

Məşhur aktrisa qəfil vəfat etdi

25 Fevral 2018 12:00
15 Şərh     Baxış: 13 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur hind aktrisası Şridevi Kapur dünyasını dəyişib.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb. 54 yaşlı aktrisanın ölüm səbəbi infarktdır. Şridevi Dubayda bir ailə nikahına qatılan zaman vəfat edib. 

Qeyd edək ki, aktrisanın əsl adı Şri Amma Yanqerdir. O, 13 avqust 1963-cü ildə Tamillandda anadan olub. 4 yaşından filmə çəkilir. İlk filminin adı "Tamil" idi. 1988-ci ildə çəkildiyi "Dələduz" filmində əkiz bacılar roluna görə "Ən yaxşı aktrisa" adına layiq görülüb. Həmin ildə "Çandni" filmində də çəkilib. 
Məşhur aktrisa Bonni Kapur ilə ailəli idi və iki qızı var idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.