Dünya

İran da öz kriptovalyutasını yaradacaq

23 Fevral 2018 12:22
0 Şərh     Baxış: 760
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran hökuməti milli kriptovalyuta yaratmağı planlaşdırır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin informasiya texnologiyaları və rabitə naziri Məhəmməd Azəri Cəromi deyib.

Nazir bildirib ki, kriptovalyutanın yaradılması layihəsi İranın Poçt Bankı tərəfindən həyata keçiriləcək. Yaxın zamanlarda kriptovalyuta üçün platforma yaradılması məqsədilə tender elan ediləcək.

Bir müddət əvvəl İran Məkəzi Bankı bitkoini legitim valyuta kimi tanımaqdan imtina etmişdi.

İran öz kriptovalyutasını yaradacağı təqdirdə, bu addımı atan ikinci ölkə olacaq.

Qeyd edək ki, fevral ayında Venesuela petro adlanan öz kriptovalyutasını dövriyyəyə buraxmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.