Benyaminovların kartel sövdələşməsinin üstü açıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyanın Federal Antiinhisar Xidməti Moskva küçələrinin abadlaşdırılması və işıqlandırılması layihəsi üzrə podratçılar arasında kartel sövdələşməsinin üstünü açıb.
Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Xidmətin yaydığı press-relizdə deyilir.
Məlumata əsasən, "Perspektiv texnologiyaların inkişafı agentliyi" və "Orbita servis" (əvvəllər "Prime Servis" adlanıb) şirkətləri hər birinin maksimal dəyəri 626 milyon rubl olan (10.5 milyon dollar) dörd tenderdə işirak ediblər. Rəqiblər müsabiqədən çəkilib, məbləğ 615 milyon rubla endirilib və tenderlərin hamısını bu iki şirkət qazanıb. Federal Antiinhisar Xidməti bu məbləği "həddən artıq şişirdilmiş" hesab edir.
"Meduza" xəbər verir ki, söhbət Moskvanın Borovitski və "Taqanskiy ploşad" küçələrindəki binaların fasadının işıqlandırılmasına dair tenderlərdən, habelə Kaşirsk və Novorisjk küçələrinin Moskva Dairəvi Avtomobil Yolu ilə kəsişmələrinin işıqlandırılmasından gedir.
Məlumata əssən şirkətlər hərrac zamanı bir-biri ilə informasiya mübadiləsi ediblər, vahid informasiya-texniki infrastrukturdan istifadə ediblər və tenderlərdə iştiraka hazırlığı birgə aparıblar.
"Perspektiv texnologiyaların inkişafı agentliyi" şirkəti "Praymtelekom" şirkətinə bağlıdır. Bu şirkətin sahibləri isə Murad və Teymur Benyaminov qardaşlarıdır. Mənbələr bu iş adamlarının "Crocus Group" şirkətinin sahibi Araz Ağalarova yaxın olduğunu bildirirlər.
Benyaminovların şirkəti Moskva küçələrinin abadlaşdırılmasına dair 2015-ci ildən başlayan "Mənim küçəm" proqramı çərçivəsində keçirilən tenderlərin əksəriyyətini qazanıb. Sonuncu dəfə isə şirkət 3 milyard rubl həcmində dörd tenderin qalibi olub.
Murad Benyaminov Rusiyada 7 şirkətin təsisçidir, o, bir neçə il əvvəl rusiyalı oliqarx Qavrill Yuvaşevin qızı ilə evlənib. Qardaşı Teymur Benyaminovun adı 6 şirkətin təsisçisi, birinin baş direktoru qismində keçir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu resepti bilənlər artıq dondurma almır
-
Kilosu 10 manata olan kartof - Batat hansı xəstəliklərdə faydalıdır?
-
Cistka trendinə aldanmayın: Prosedurun riskləri də az deyil
-
Hər gün etdiyiniz səhv ürək xəstəliklərinə səbəb ola bilər
-
Ozan Akbaba həyat yoldaşı ilə - FOTO
-
Mərkəzi yoldakı keçidin eskalatorları işləmir - VİDEO
-
Yazılan mesajlar yoxa çıxacaq - “WhatsApp”dan YENİ FUNKSİYA
-
Nigar Camal tələbəlik illərinə qayıtdı – FOTO
-
Günün qoroskopu: Köhnə borcları bağlamaq zamanıdır
-
Azərbaycan millisi Maltaya məğlub olub - YENİLƏNİB
-
Test nəticəsi müsbət çıxdı, serialdan qovulacaq?
-
Yamal İspaniya çempionatının ən yaxşı futbolçusu seçildi
-
Vurulan gəmidə sağ qalan azərbaycanlı danışdı
-
Millimiz dünya çempionatının 1/4 finalında
-
Bakıda yanacaqdoldurma məntəqəsində ÖLÜM
-
"Stresə düşdüm, ağladım"
-
“Sonuncu dəfə danışanda dedi ki...” - Azovda həlak olan Rəcəbin atası
-
Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib
-
Zelenski: Rusiya yenidən müharibəni seçdi
-
Türkiyə gəmisinə hücum - ölən və yaralananlar var
-
Bürcünə görə səni ən yaxşı əks etdirən şəhər məlum oldu
-
Putin: Rusiya İrana heç bir silah tədarük etməyib
-
Sadıq Sadıqov vəfat edib
-
Xameneinin müşaviri ABŞ-yə xəbərdarlıq edib





