Dünya

"Tvitter" Yaponiyanı qarışdırdı

21 Mart 2010 13:37
Baxış: 307
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyada sürətlə məşhurlaşan "Tvitter" şəbəkə gündəlikləri xidməti Yaponiyada qalmaqalla üzləşib. Məlum olub ki, bir çox tanınmış şəxslərin, o cümlədən Yaponiyanın Baş naziri Yukio Xatoyamanın bloqları saxtadır.

Ötən il dekabrın axırlarında yeni gündəliklərdən birində "Bu Xatoyamadır. Tvitterdən istifadə etməyə başlamışam" sözləri yazılmış məlumat görünən kimi, 10 mindən çox insan bloqun daimi üzvünə çevrilib. "Yaponiyanın Baş naziri" öz gündəliyinə 30-a yaxın qeyd daxil edib. Bundan sonra Yaponiyanın Nazirlər Kabinetinin mətbuat xidməti rəsmi şəkildə bəyan edib ki, Xatoyamanın heç bir bloqu yoxdur və ümumilikdə şəbəkə gündəliyindəki bloq saxtadır.

Saxta bloqlarla bağlı bir çox faktlar aşkar edilib. Məlum olub ki, məqsəd insanlardan daha çox pul qoparılmasıdır. Yaponiyada bunu çox ciddi qarşılayıblar. Nazirlər Kabinetinin mətbuat xidmətinin bəyanatında bildirilib ki, əgər yalançı Xatoyama gündəliyində dövlət əhəmiyyətli, məsələn, ABŞ Hərbi Dəniz Qüvvələri bazasının Futemmada yerləşdirilməsi barədə məlumatı qeyd etsəydi, onda görün necə vəziyyət yaranardı. Nazirlər Kabineti "Tvitter" şəbəkə gündəlikləri xidmətindən fəaliyyətində qayda-qanun yaratmağı tələb edib.

/AzərTAc/
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.