Magistraturaya ixtisaslaşma seçiminin vaxtı uzadıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Magistratura səviyyəsinə ixtisaslaşma seçiminin vaxtı bu gün saat 13:00-dək uzadılıb.
Dövlət İmtahan Mərkəzinin rəsmi saytında dərc olunan məlumata görə, müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar 27 iyul saat 13:00-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə ixtisaslaşma seçimini aparmalıdırlar.
Qeyd edək ki, 27 iyul saat 09:15-ə olan məlumata əsasən 15633 bakalavr (Azərbaycan bölməsi - 14251, rus bölməsi - 1382) ərizəsini təsdiq edib.
İxtisaslaşma seçimi aparılan müddətdə bakalavr bitirdiyi ixtisasa müvafiq və istəyinə uyğun olan 20-dək ixtisaslaşmanın kodunu seçərək "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"nə istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Bakalavrın seçdiyi ixtisaslaşmalar seçim cədvəlinə əsasən onun seçmək hüququ olduğu və bitirdiyi bakalavr ixtisasına (bəzi ixtisaslaşmalar üçün həmçinin xarici dilə qoyulan tələbə) müvafiq olmalıdır (qəbul aparılan ixtisaslaşmalar və həmin ixtisaslaşmalara ayrılan yerlərin proqramlar üzrə siyahısı "Magistr" jurnalının 4-cü nömrəsində təqdim olunub). "Magistr" jurnalının 4-cü nömrəsinin elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə etmək olar.
Müsabiqəyə yalnız "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.
İxtisaslaşma seçimi elanının tam mətni ilə buradan tanış ola bilərsiniz.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanıldı
-
Vüsalə Əlizadə villasından paylaşım etdi – Hovuz görüntüləri maraq doğurdu - (Video)
-
Kürdəmirdə yanacaqdoldurma məntəqəsinin yaxınlığında yanğın başlayıb - (Video)
-
Müğənni Çelik bazarda kisə satır - (Video)
-
Ordumuzun hərbçisi vəfat etdi
-
Qazın qiyməti ucuzlaşdı
-
Qarabağ suvarma kanalında 33 yaşlı kişi batdı
-
FHN: Son bir həftədə 881 yanğın baş verib
-
Arda bu oyunçuya görə "Real"dan ayrıla bilər
-
Qızılın qiyməti yenidən yüksəldi
-
Türkiyəyə məxsus “GOLDEN LEO” Odessa yaxınlığında batdı
-
Neft qiymətləri kəskin ucuzlaşdı
-
Magistraturaya ixtisaslaşma seçiminin vaxtı uzadıldı
-
DÇ-2026 ilə gündəmə bomba kimi düşən Şakira Nyu-York küçələrində: "Dişləri sanki körpə uşaq dişləridir" - (Foto-Video)
-
Bakının iki qəsəbəsində qaz kəsiləcək
-
Rafael Ağayevdən vəfat edən atası ilə bağlı paylaşım
-
Bakıda tıxac yaranan küçə və prospektlər açıqlandı
-
Gəncə paxlavasının hazırlanma qaydası
-
Qarabağ mətbəxinin qədim yeməyi: Bağır-Beyin
-
Nektarini uzun müddət təzə saxlamağın yolu
-
Kartof qabığını atmayın: Ləkəni kökündən çıxarır
-
Daim yorğunluğunuzun səbəbi bu xəstəliklər ola bilər
-
Asiyalı qadınlar bu üsulla istənməyən tüklərini azaldır
-
Bu bitki yağı bədəndə iltihabı azaldır





