Dünya

Zonquldağda faciə: 9 tabut ard-arda düzüldü - VİDEO - FOTO

24 Aprel 2017 11:48
2 Şərh     Baxış: 1 622
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyənin Zonquldağ şəhərində dünən axşam saatlarında 50 metr yüksəklikdən uçuruma düşən avtobusda həyatını itirən 9 nəfər son mənzilə yola salınıb.

Milli.Az "Haberler"ə istinadla bildirir ki, Zonquldağın Ereğil mahalında dünən axşam saatlarında 50 metr yüksəklikdən yerə çırpılan avtobusda ölən 9 nəfərin cəsədi Esenyurt kəndində təşkil olunan yas mərasimi ilə torpağa tapşırılıb. 

Yas mərasimində 9 nəfərin tabutunun ard-arda düzülməsi şəhər sakinlərini məyus edib.

Qeyd edək ki, İstanbulun Pendik mahalından yola çıxan avtobusun içərisində 28 nəfər olub. Avtobus qarşısına çıxan yük maşını ilə toqquşub. İdarəetməsi itirən avtobus 50 metr yüksəklikdən yerə çırpılıb. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Zonquldağda faciə: 9 tabut ard-arda düzüldü

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.