Dünya

Rusiyadan etiraf: “Rubl daha stabil olmayacaq”

1 Fevral 2015 20:45
0 Şərh     Baxış: 2 255
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Rublun kursu əvvəlki kimi stabil olmayacaq".

Milli.Az axar.az-a istinadən bildirir ki, bu açıqlama ilə Rusiyanın Baş nazirinin müavini İqor Şuvalov çıxış edib.

O, bunun hazırkı zamanda normal hal olduğunu bildirib:

"Biz sizinlə rublun güclənməsi üçün əziyyət çəkməli olacağıq. İndi yalnız rublun kursunun əvvəlki kimi stabil olmayacağına öyrəşməyimiz lazımdır. Bütün bunlar normal proseslərdir".

Qeyd edək ki, bundan öncə Rusiyanın Maliyyə naziri Anton Siluanov rublun kursunun öz normal vəziyyətini tapdığını bildirmişdi.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.