Dünya

Pentaqon: Liviya qiyamçıları arasında “Əl Qaidə” döyüşçüsü yoxdur

22 Aprel 2011 17:54
Baxış: 148
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Liviya müxalifətinin qərargahında "Əl Qaidə" terror təşkilatının nümayəndələri yoxdur". Milli.Az xəbər portalının RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ qərargah rəisləri Birləşmiş Komitəsinin rəhbəri, admiral Maykl Mallen deyib. "Biz bu məsələni izləyirik. Ümumiyyətlə, mən buna oxşar heç nə görməmişəm. Faktiki olaraq, "Əl Qaidə" nümayəndələrini orada (müxalifətçilər arasında) görməmişəm", Maykl Mallen Bağdaddakı çıxışında bildirib.

NATO qüvvələrinin Avropadakı ali baş komandanı, admiral Ceyms Stavridis martın sonlarında ABŞ Senatındakı çıxışında bəyan etmişdi ki, Qəddafiyə qarşı olan qüvvələr öz sıralarına "Əl Qaidə" və "Hizbullah" terrorçularını daxil edə bilərlər. Liviya lideri Müəmmar Qəzzafi də ölkədə baş verən hadisələrdə "Əl Qaidə"nin rolu olduğunu dəfələrlə vurğulayıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.