Dünya

Əfsanəvi futbolçu "bomj" həyatı sürür - FOTOLAR

12 İyul 2016 13:14
2 Şərh     Baxış: 6 033
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

O, öz dövrünün əfsanə futbolçularından idi. O, ingilislər üçün Hazard, Poqba, Cerrard, Şvaynştayger səviyyəsində ulduz idi. Belə yerdə bu məsəli xatırlamadan keçmək olmur: kimin əvvəli, kimin axırı...

İngiltərə futbolunun əfsanələri sırasında adı çəkilən Pol Qaskoynun karyerasını başa vurduqdan sonra yalnız qalmaqallarla gündəmə gəldiyi məlumdur. Spirtli içki aludəçisinin son görüntülərinə təəssüflənməmək olmur.
 
Milli.Az publika.az-a istinadən bildirir ki, "Qazza" bu günlərdə hamam xalatıyla taksidən düşərkən görüntülənib. İçki, siqaret və ağrıkəsiçi almağa gedən Qaskoynun ayaq üstə güclə durduğu şəkillərə baxanda hiss olunur. Demək olar, çılpaq vəziyyətdə taksidən düşən sabiq futbolçunun heç ayaqqabısı da olmayıb.
 
Şahidlərin sözlərinə görə, ağlı başında olmayan Pol evin açarını unutduğu üçün qonşulardan kömək istəyib.
 
2004-cü ildə futbol karyerasını başa vuran Qaskoyn İngiltərə millisinin formasını 57 dəfə geyinib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.