Dünya

Qəzzafi tərəfdarları müxalifətçiləri edam edir

12 Aprel 2011 19:50
Baxış: 194
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Təşkilatdan verilən açıqlamada Qəzzafi qüvvələrinin həbs etdiyi müxaliflərin əlləri arxalarından bağlanmış, başalrından vurulmuş cəsədlərin olduğu, ölkədə digər insan hüquqları pozuntularının edildiyinə dair də güclü dəlillərin olduğu bildirilir .

Açıqlamada, 6 həftədir Liviyanın şərqində olan heyətlərin topladığı məlumatlara görə, Qəddafi qüvvələrinin, silahsız etirazçıları qəsdən öldürdükləri və qarşıdurmalardan qaçan vətəndaşlara hücum edildiyi deyilir.

Təşkilat, araşdırmaçıların Əcdəbiyyə şəhəri yaxınlığında 2 liviyalı müxalifi əlləri arxalarından bağlanmış, başalrından vurulmuş cəsədlərini gördüyünü, həmçinin buna bənzər 4 hadisə ilə əlaqədar etibarlı məlumat əldə etdiklərini açıqlayıb.

Beynəlxalq Əfv Təşkilatının Yaxın Şərq və Şimali Afrika meneceri Malkolm Smart, bu cinayətlərin Qəzzafiyə bağlı qüvvələr tərəfindən törədildiyini qeyd edərək, "Əsir düşmüş bir döyüşçünün qəsdən öldürülməsi bir döyüş günahıdır" - deyib.

Bu arada, Beynəlxalq Miqrasiya Təşkilatı, Liviyanın mühasirədə olan liman şəhəri Misuratada qalmış minlərlə immiqrantı yaxın günlərdə evakuasiya etməyə başlayacağını bildirib.

Liviya orqanları isə dünən gecə etdikləri şərhdə, Liviya ərazisində humanitar yardım adı altındakı bütün cəhdlərin "sərt bir müqavimətlə" qarşılaşacağını açıqlayaraq, silahlı Liviyalıların Misuratanı müdafiə etməyə hazır olduqlarını demişdilər.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.