Dünya

Türkiyədə yeni neft yataqları tapılıb

9 Aprel 2011 22:37
Baxış: 301
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı "İnradio"ya istinadən bildirir ki,  Qara dənizin Türkiyəyə aid hissəsində yeni neft yataqları tapılıb. Bu barədə Türkiyə Petrolları Anonim Ortaqlığı (TPAO) şirkətinin baş direktoru Mehmet Uysal məlumat verib. Onun sözlərinə görə, dənizdəki "Sürmene-1" quyusunda 4 min 800 metr dərinlikdən əldə edilən nümunələrdə neft aşkar edilib.

Şirkət rəhbəri digər şirkətlərlə birgə qazılan "Sinop-1" və "Yassıhöyük" quyularında hələ neft və ya qaz tapılmadığını bildirib. Lakin tamamilə TPAO-ya məxsus olan "Sürmene-1"dən çox gözəl neft nümunələri çıxıb. Tapılan bu nümunələrin Bakıda, Xəzər dənizindəki "Azəri", "Çıraq" və "Günəşli" yataqlarından çıxan neftə bənzədiyini deyən Mehmet Uysal onun yüksək keyfiyyətə malik olduğunu bildirib.

Quyuda təzyiq yüksək olduğundan hələ ki, qazma işləri təxirə salınıb. Amma müvafiq avadanlıqlar əldə edildikdən sonra işlər davam edəcək. Neft yatağının ehtiyatını qiymətləndirmək də hələ çox tezdir. Mütəxəssislər az həcmdə neft çıxarmağın mümkün olduğunu, amma bunu iqtisadi baxımdan sərfəli olmadığını bildiriblər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.