Dünya

Dünyanın ən qədim "mavi"si tapıldı - FOTO

7 Aprel 2011 14:30
Baxış: 288
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı "Daily Mail"ə istinadən bildirir ki, Praqanın həndəvərlərində aparılan arxeoloji qazma işləri zamanı mağara adamları dövrünə aid skelet tapılıb. Çexiya arxeoloqlarının dediklərinə görə, skeleti qalmış adam eramızdan əvvəl 2900-2500-ci illərdə yaşayıb.

Başı şərq tərəfə olan skeletin ətrafında küpələr var. Skelet sol böyrü üstə basdırılıb.
Alimlər isə deyirlər ki, küpələr qədim dövrlərdə yalnız qadınların məzarlarına qoyulurdu. Üstəlik, kişilər bir qayda olaraq sağ böyrü üstə, başı qərbə tərəfə; qadınlar isə sol böyrü üstə, başı şərqə basdırılırdılar.
Qadınların məzarlarına küpələr qoyulurdusa, kişilərin məzarlarında silah, çəkiclər və çaxmaqdaşından hazırlanmış bıçaqlar olurdu.

Bundan başqa, kişi skeletinin boynunda ev heyvanlarının dişlərindən hazırlanmış boyunbağı, mis sırğalar da var.

"Qədim dövrlərdə insanlar dəfn mərasiminə çox ciddi yanaşırdılar. Onlar kişiləri bir cür, qadınları isə başqa cür dəfn edirdilər. Ona görə də bəhs etdiyimiz skeletin dəfni zamanı yanlışlığa yol verildiyi və ya qadın məzarına kişinin basdırıldığını düşünmək əsassızdır. Biz, dünyanın ən qədim "mavi"sinin skeletini tapmışıq", - çex arxeoloq Kamila Remizova-Vesinova deyib.

Arxeoloqlar qrupunun rəhbəri Katerina Semradova isə bildirib ki, mezolit dövrünə aid olan bu insanın qeyri-ənənəvi cinsi mənsubluğu şübhə doğurmur: "Deyəsən, dünyadakı homoseksualların ulu babasını aşkarlamışıq".

Milli.Az





Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.