Dünya

Xankəndidə aeroportun açılışı təxirə salındı

5 Aprel 2011 14:13
Baxış: 121
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalının "Armenia Today"a istinadən verdiyi məlumata görə, separatçı rejimin rəhbəri Bako Saakyanın mətbuat katibi David Babayan bunun "yalnız texniki səbəblərlə əlaqədar olduğunu" iddia edib.
"Aeroportun mayın 9-u açıla biləcəyini düşünürdük. Amma bu, rəsmən elan edilməmişdi. Bu, çətin prosesdir və heç bir texniki qüsurun olmaması üçün ciddi hazırlaşmaq lazımdır. Mayın 9-u olmasa da, bu il ərzində aeroport mütləq açılacaq", - deyə Babayan bildirib. O, təxirəsalmanın "Azərbaycanın hədələrilə əlaqədar olmadığını" xüsusi vurğulayıb.

Separatçı rejimin "mülki aviasiya idarəsinin" rəhbəri Valeri Adbaşyan da hava limanının mayın 9-da açılmayacağını təsdiqləyib: "Bu haqda deyilənlər doğru deyil. Aeroportun mayın 9-da açılacağına dair xəbərlərin haradan yayıldığını bilmirəm. Biz belə tarix açıqlamamışıq".

Xatırladaq ki, cəmi bir neçə gün əvvəl Ermənistan prezidenti Serj Sarkisyan Yerevandan Xankəndiyə uçacaq təyyarənin ilk sərnişininin özü olacağını əminliklə söyləyirdi.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.