Dünya

Qazaxıstanda jurnalist döyülüb və "oğurlanıb"

1 Aprel 2011 02:26
Baxış: 102
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı BBC-yə istinadən bildirir ki, Qazaxıstanın çox az müstəqil qəzetlərindən biri olan "Respublika"nın işçiləri deyir ki, onun naşiri döyülüb və çox güman ki, oğurlanıb. Bu hadisə, ölkədə tənqidi mediaya qarşı təzyiqlərin artdığı bir vaxtda baş verir.

Astana keçirilən mətbuat konfransında jurnalistlər deyiblər ki, Daniyar Moldaşova şənbə günü hücum edilib və ondan bir neçə gün sonra o, yoxa çıxıb.

Moldaşov ötən həftə aeroportdan evinə qayıdarkən döyülüb, onun sənədləri və kamerası oğurlanıb.

Naşir "Respublika"nın ofisində işləyən işçilərlə görüşmək üçün Moskvaya getmişdi. Qəzet indi yazır ki, Moldaşov səfəri boyunca kəşfiyyatın nəzarəti altında olub.

O, həftənin əvvəlində yoxa çıxıb və onunla yalnız çərşənbə gecəsi qısa müddət ərzində əlaqə saxlanıb.

"Respublika" qəzetinin redaktor müavini Oksana Makuşina deyir ki, o, telefonda sadəcə Belarus paytaxtı Minskdə olduğunu deyib və onun təzyiq altında danışdığı hiss olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.