Dünya

Evlənmək üçün dilənçilik etdi, amma... - FOTO

4 Dekabr 2015 00:06
4 Şərh     Baxış: 3 930
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın Buşəhr şəhərində 13 il öncə evlənmək üçün lazım olan vəsaiti toplamaq məqsədilə dilənçiliyə başlayan, amma başı işinə qarışdığından evlənə bilməyən şəxs həbs olunub.
Milli.Az Trend-ə istinadən bildirir ki, saxlanılan şəxsın kimliyi araşdırılan zaman məlum olub ki, İsmayıl adlı bu şəxs Buşəhrin yaxınlığındakı qəsəbələrdən birində anadan olub. 9 il orta təhsil alıb. Bir qardaşı var. O, dilənçilik etdiyi pulları qardaşı vasitəsilə bank hesabına yatırırmış. Onun iki bank hesabında ümumilikdə 50 min dollara yaxın vəsaitin olduğu məlum olub.

O bildirib ki, evlənmək üçün lazım olan vəsaiti toplamaq məqsədilə bu işə başlayıb, amma sonradan evlənməyə vaxt tapa bilməyib.

Saxlanılan şəxs Buşəhr əhalisinin dilənçilərə yaxşı pul verdiyni və topladığı pulları hər üç aydan bir banka yatırdığını bildirib. Saxlanılan zaman dilənçinin üzərindən 9 kq 300 q ağırlığında pul götürülüb.
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.