Ukrayna siyasətçilərinin sual doğuran gəlirləri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən il Ukraynanın keçmiş baş naziri üçün gərgin keçdi. İlin bir hissəsini o, həbsdə keçirdi, bir hissəsini xəstəxanada sağlamlığının bərpasına sərf etdi, qalan hissəsi də prezident və parlament seçki kampaniyalarına həsr olundu.
Milli.Az "Azadlıq Radiosu"na istinadən bildirir ki, amma bütün bunlara baxmayaraq, o, özünə bahalı maşın ala bilib. Bu onun vergi bəyannaməsindən də bəlli olur. Həm də heç bir əmanətə sahib olmaya-olmaya.
Yuliya Timoşenkonun sirli gəlirləri heç də Ukrayna siyasətçiləri arasında nadir rast gəlinən hal deyil. 2014-cü ildən gəlir deklarasiyası ictimaiyyət üçün də açıq olandan bu cür pul gəlirlərinin adi hal olduğu üzə çıxıb. Siyasətçilər gəlir bəyannamələrini hər ilin aprelində açıqlayırlar. Burada həm də partiya mənsubiyyətlərini, yaş və özləri barədə digər məlumatları qeyd edirlər.
Korrupsiya Ukraynada iki inqilaba səbəb olub, amma hələ də bu ölkədə siyasətçilərin gəlir və əmlak bəyannamələrindəki boşluqlar problem olaraq qalır.
TİMOŞENKONUN AZALAN GƏLİRLƏRİ VƏ 72 MİNLİK YENİ AVTOMOBİLİ
Timoşenko bəyan edib ki, ötən il ailəsi dəyəri 72 min avro olan "Mercedes Benz GL-350" avtomobili alıb.
"Yoldaşımın ölkə xaricində biznesi var idi, repressiyalar başlayan kimi o, biznesini satdı və əldə etdiyi gəlirin bir hissəsindən bu avtomobili aldı" -Timoşenko bildirib.
Viktor Yanukoviç 2010-cu ildə hakimiyyətə gəldikdən sonra siyasi rəqiblərinə qarşı təzyiqlərə başlayandan sonra Timoşenkonun həyat yoldaşı Çexiyadan siyasi sığınacaq alıb.
Oleksandr Timoşenkonun uzun illərdir bu ölkədə biznesi var, amma ailənin son bir ildə gəliri sıfır kimi göstərilib. Yuliya Timoşenkonun şəxsi qazancı onların yeni avtomobilinin qiymətinin üçdə birinə bərabərdir.
Bundan başqa, bəyannaməyə görə, Timoşenko 588 kvadratmetrlik ev kirayələyir ki, gəlirinin üçdə birini məhz buna xərcləyir.
PARLAMENT ÜZVÜ NECƏ "MAZDA" SAHİBİ OLDU
Ötən il ilk dəfə parlamentdə yer alan populist Radikal Partiyanın lideri Oleh Lyaşko "Mazda SX-5" almağa müvəffəq olub. Bu yolsuzluq avtomobilinin Ukraynada dəyəri 30 min dollardır.
"Parlament üzvü kimi gəlirlərin nəzərə alınarsa, bu, necə mümkün olub" sualına Lyaşko "Rosita-dan istəmişəm" deyə cavab verib. O, öz həyat yoldaşını nəzərdə tutur.
Əvvəllər jurnalist kimi fəaliyyət göstərən Lyaşko deyib ki, köhnə maşınını satıb, maaşından da topladığı pulla yeni avtomobil ala bilib.
TƏƏCCÜB DOĞURAN DİVİDENDLƏR
Bahalı avtomobillərlə yanaşı, deklarasiyaların üzə çıxardığı ümumi problemlərdən biri də mənbəyi məlum olmayan şirkətlərdən divident şəklində gələn qeyri-şəffaf gəlirlərdir.
Məsələn, keçmiş prezident administrasiyasının rəhbəri Serhiy Lyovoçkinin gəliri ötən il 10 milyon qrivna -430 min dollar olub, amma bu pulların mənbəyi naməlum olaraq qalır.
Başqa bir müxalifət lideri Ihor Yeremeev-in dividentlərdən gəliri 24 milyon qrivna - 1 milyon dollardan çox olub.
Onun bu qədər divident aldığı şirkətin adını soruşanda isə, Yeremeev bu məlumatın "gizli" olduğunu bildirib.
Bildirəndə ki, onun bir parlament üzvü kimi qərarları biznes maraqları ilə toqquşmamalıdır, Yeremeev deyib:
"Baxın, mən bundan sirr düzəltmirəm. Mən "Continuum" şirkətlər qrupunun səhmdarıyam". Sözügedən şirkət Ukrayna ərazisində yanacaqdoldurma məntəqələri şəbəkəsinə malikdir.
TET-A-TET HƏLL OLUNAN MƏSƏLƏLƏR
OPORA seçki şəbəkəsinin lideri Olha Aivazovska deyir ki, Ukrayna qanunlarına görə, parlament üzvləri yalnız gəlirlərini açıqlamağa məcburdurlar, amma divident aldıqları şirkətlərin adlarını açıqlamaya bilərlər.
Aivazovskanin dediyinə görə, şirkətlər öz vergi bəyannamələrində divident verdikləri şəxslərin adlarını açıqlayır. Vergi idarəsi bu məlumatları müqayisə edir.
Hələ ki, bu məlumatlarda uyğunsuzluq barədə ictimaiyyətə hər hansı açıqlama verilməyib. Aivazovska ehtimal edir ki, mümkün uyğunsuzluqlar vergi orqanları ilə həmin şəxslər arasında fərdi qaydada həll edilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Filipp Kirkorova qadağa qoyuldu
-
Trampdan Kim Çenlə bağlı maraqlı paylaşım – (Foto)
-
Kolumbiyada qeyri-adi mənzərə: Zəlzələdən sonra səma qırmızı oldu - (Video)
-
ABŞ bu raketlərinin istehsalını 16 dəfədən çox artıracaq
-
İspaniya küçələri güclü zəlzələdən sonra - (Video)
-
Karlos müsəlman olub? - “Fənərbağça”nın keçmiş ulduzu ilə bağlı iddia - (Foto)
XƏBƏR LENTİ
-
"Qalatasaray"dan portuqaliyalı ulduza ağlasığmaz təklif
-
Filipp Kirkorova qadağa qoyuldu
-
Bakıda V Beynəlxalq Gənclər Kino Festivalı SALAM keçiriləcək - (Video)
-
İngiltərə Premyer Liqasında yeni qaydalar
-
Bu həftə bəzi bürclər üçün dönüş nöqtəsi olacaq
-
“Həmin mahnını elə-belə yazmışdım” - Səbinədən etiraf
-
Maykl Ceksonun qızı: “Mənə üç həftədə 9 elektroşok verdilər”
-
"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi" - (Foto)
-
“YouTube” baxışın hesablanmasını dəyişdi – Videolar belə sayılacaq
-
Xalq artisti nəvəsi ilə fotolarını paylaşıb bunları yazdı
-
Viktor Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib - (Foto)
-
Trampdan Kim Çenlə bağlı maraqlı paylaşım – (Foto)
-
Kolumbiyada qeyri-adi mənzərə: Zəlzələdən sonra səma qırmızı oldu - (Video)
-
Qəzada yaralanan Tunar xəstəxanada öldü
-
Sabah çimərliklərə getmək istəyənlərin diqqətinə
-
MİQ üzrə ümumi vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb
-
Morgenştern yenə cərimələndi
-
Hacıqabulda 19 yaşlı qız avtomobildə öldürüldü
-
Bu “Ferrari” 40 milyon dollara alıcı tapdı
-
Vüsal Nəsirli özünə müşavir təyin etdi - (Foto)
-
Azərbaycan CNN-i məhkəməyə verdi
-
Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub
-
Demi Moor qızının toyundan ilk görüntüləri paylaşdı - (Foto)
-
6 rayona xidmət göstərən xəstəxanada KT aparatı niyə işləmir? - Sorğuya cavab





