Dünya

İŞİD beynəlxalq telekanalın yayımını dayandırıb - FOTO

9 Aprel 2015 09:07
0 Şərh     Baxış: 889
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İŞİD terror qruplaşması ilə əlaqəli olan haker qrupu beynəlxalq fransızdilli TV5 Monde telekanalının resurslarına hücum edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, aprelin 9-a keçən gecə televiziya kanalının yayımında fasilələr yaranıb.
 
Eyni zamanda TV5 Monde-un internet-resursları da hücuma məruz qalıb. Telekanalın "facebook" hesabında İŞİD-ə qarşı əməliyyatlarda iştirak edən Fransa hərbçilərinin ünvanlarına ölüm hədələri edilib.
 
Bir müddət sonra telekanalın işi bərpa olunub. "Hazırda televiziya efirimiz, rəsmi saytımız və sosial şəbəkələrdəki hesablarımız şiddətli kiber  hücumlara məruz qalmaqda davam edir", - TV5 Monde-un Twitter səhifəsində bildirilir.

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.